Şou-biznes

"Anamın sosial şəbəkələrə ehtiyacı yoxdur" - VİDEO

29 Dekabr 2022 20:20
Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Anam Zülfiyyə xanıma ikitərəfli baxmışam. Həm ana olaraq, həm də aşıq Zülfiyyə olaraq. Mənim kimi yeni efirə çıxan müğənnilərin sosial şəbəkələrə ehtiyacı var. Bu da reklama görə lazımdır ki, irəli gedə bilsin. Amma neçə illərdir anam səhnədədir. Düşünürəm onun sosial şəbəkələrə ehtiyacı yoxdur".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadovanın oğlu Babək anası ilə birgə qonaq olduğu "Xeyirli axşamlar" verilişində deyib.
Müğənni anasının "Instagram" hesabını bağlatdırmasını bu cür ifadə edib:

"Anamın "Instagram" hesabını bağlatmağım səbəbi onun heç kimin dilinə düşməməsidir. Düzdür anam bunlara riayət edir. Amma kənardan baxanda yenə də təkan lazımdır".

Aşıq Zülfiyyə isə oğlunun bu sözlərinə bu cür haqq qazandırıb:

"Bir müğənninin oğluna anası ilə bağlı sual veriblər. O da cavab olaraq deyib ki, anamın öhdəsindən gələ bilmirəm. Oğlum Babək də bunu sosial şəbəkədə görüb, məəttəl qalıb ki, bu nə deməkdir. Olmaz belə şeylər danışmaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.