Şou-biznes

Məşhur müğənni axtalana bilər

9 Dekabr 2022 18:36
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur EXO qrupunun keçmiş üzvü, Çin əsilli kanadalı müğənni Kris Vu təcavüzə görə kimyəvi kastrasiya (axtalanma) ilə üzləşə bilər. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Çin mətbuatına istinadən HypeBae nəşri məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Vu Çində 13 il həbs və deportasiyaya məhkum edilib, bunun dəqiq nə vaxt həyata keçiriləcəyi qeyd olunmayıb.

Müğənni 2021-ci ilin yayında saxlanılıb. Məhkəmə Kris Vunun üç qadını sərxoş etdikdən sonra 2020-ci ilin noyabrından dekabr ayına kimi cinsi əlaqəyə məcbur etdiyi qənaətinə gəlib.

Bundan əlavə, o, 2018-ci ildə daha iki qadına təcavüz etməkdə ittiham olunub. Həbs müddəti ilə yanaşı, sənətçi vergidən yayındığına görə 84 milyon dollar cərimə ödəməyə məhkum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.