Şou-biznes

"O, mənim sərvət xərcləyərək aldığım çanta kimidir"

28 Noyabr 2022 17:36
Baxış: 1 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur cütlük Ketrin Zeta Consla Maykl Duqlas evliliklərinin 22-ci ildönümünü qeyd edib.

Mili.Az axşam.az-a istinadən xəbər verir ki, 53 yaşlı aktrisa "The telegraph"a açıqlamasında həyat yoldaşı ilə münasibətləri haqqında maraqlı açıqlamalar verib.

"Uzun müddət bir insanla yaşayıb hər gün onunla oyananda enişli-yoxuşlu yollardan keçməmək mümkün deyil. Evli olmağı çox sevirəm, amma bu barədə düşünəndə dəlilik olduğunu fikirləşirəm" deyə, Ketrin bildirib.

Aktrisa etiraf edib ki, bəzən hər şeyi dəyişdirmək istəyir:

"Haradasa 25 ildir onunla bir oyanıram. O, mənim sərvət xərcləyərək aldığım "Chanel" çantası kimidir. Daha sonra ondan xoşum gəlmir və satışa qoymalı olduğumu düşünürəm".

O, fikirlərini bu sözlərlə yekunlaşdırıb:

"Bir-birimizə hörmət edirik və onun məndən 25 yaş böyük olduğunu heç vaxt hiss etməmişəm. İnsanların dediklərini xatırlayıram: "Sənin 50 yaşın olanda onun 75 yaşı olacaq". Bəli, amma bu sadəcə riyaziyyatdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.