Rəqsanə: “Qızım Yağmur atasını tanımaq istəyir” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Zaur (aparıcı Zaur Baxşəliyev - red.), səndən bir kömək istəyəcəyəm. İstəyirəm ki, onun istəyini birlikdə yerinə yetirək. Yağmur istəyir ki, öz atasını tanısın. Bunun üçün vəkil də tutmuşam. Mən və atalığı (Fazil Əmiraslanov - red.) Yağmurun bu istəyinə etiraz etmirik.
Qızımın artıq 14 yaşı var. Onun haqqıdır ki, atasını görsün, tanısın. Biz bilmirik bir göz qırpımında nə ola bilər, çox şey baş verə bilər. Mən də qızımın bu fikrinə hörmətlə yanaşıram. Heç bir problem yoxdur. Məhkəmə vasitəsi ilə istəyirik ki, qan analizləri keçirilsin. Bu məsələ müəyyən olunsun".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri 5-ci dəfə ana olacaq müğənni Rəqsanə İsmayılova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
43 yaşlı sənətçi bildirib ki, onun keçmiş həyat yoldaşı Yağmuru qəbul etməyib:
"Qızım Yağmurun atası ilə danışmamışam. Məhkəməyə müraciət etmək istəyirəm. Azərbaycanın qanunları çox gözəldir. Hər şey qanun çərçivəsində olsa, yaxşı olar. Qanun şəklində hər şeyi danışacağıq.
Bir vətəndaş olaraq bu, bizim borcumuz, hüququmuzdur. Niyə qızımdan bunu gizlədim və ya başqa şeylər deyim. Faktiki olaraq, o, Yağmurun atasıdır və onu tanımaq haqqıdır. Əvvəllər Yağmurun atası qızını qəbul etmirdi. Yağmur dünyaya gələndən sonra istədim ki, atalığı alsın. Amma o, buna razı olmadı.
Qız uşağıdır, Yağmurun gələcəyi var. Niyə övladım böyüyəndən sonra utansın? Fazil müəllim sonra da öz soyadını verdi qızlarıma (Aysun, Yağmur - red.). Atasının kimliyini tanıması Yağmurun mənəvi haqqındır.
Məhkəmə yolu ilə təsdiqlənməlidir. Bu qarşı tərəfə bir addım olsun. O başa düşsün ki, Yağmur onu tanımaq istəyir. O, 14 il müddətində qızını axtarmayıb və onunla maraqlanmayıb. Özüm də atasız böyümüşəm. İllər keçib atamı axtarsam da, onu görməmişəm. 43 yaşım olsa da, atamı hələ də axtarıram".
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib.
Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı oğlan övladı var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
“Şahzadə Mustafa”dan etiraf
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
XƏBƏR LENTİ
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal





