“Komissar Kattani” yeni filmini təqdim etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur italyalı aktyor və rejissor Mikele Plaçido Sofiyada ilk dəfə olaraq "Karavaccionun kölgəsi" filmini təqdim edib və tamaşaçılarla söhbətləşib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədbir bu günlərdə keçirilən 36-cı Kinomaniya Film Festivalı çərçivəsində baş tutub.
"Filmimiz həyat tarixçəsində çoxlu qara ləkələr olan böyük sənətkarın gerçək yaşamından bəhs edir. Onun kilsə ilə çoxlu ziddiyyətlərinin olduğunu, qətlə görə ölümə məhkum edildiyini və Papadan əfv aldığını bilirik. Lakin Romaya qayıdan Karavacio yoxa çıxır, onunla birlikdə əfvə görə minnətdarlıq üçün apardığı üç rəsm əsəri də itir. Filmdə biz o günlərin hadisələri ilə bağlı öz variantımızı təqdim etməyə çalışmışıq", - Plaçido bildirib.
Daha sonra şəxsi həyatı və ailəsilə bağlı sualları cavablandıran 76 yaşlı rejissor övladlarının aktyorluq sənətini seçməsindən məmnun olduğunu bildirib.
"Aktyor olan övladlarımın uğurlarından razıyam. Axı bu peşədə ata həqiqətən heç bir şəkildə kömək edə bilməz, sənətçilərin taleyini onların istedadı, tamaşaçı həll edir. Ona görə də heç vaxt onları bu peşəni seçməyə məcbur etməmişəm. Oğullarımı filmlərdə çox mühüm rollar oynadığını görə bilərsiniz. İnanıram ki, onlarda istedad var, lakin hələ də inkişaf etməlidirlər", - deyə Plaçido vurğulayıb.
Rejissor yaradıcılıq planlarını da bölüşüb. O, Sofiya yaxınlığında yerləşən "Boyana" kinostudiyası ilə ətraflı tanış olmaq və apreldə Bolqarıstana qayıdaraq yeni film çəkmək niyyətində olduğunu deyib.
Qeyd edək ki, "Karavaccionun kölgəsi" rejissor Mikele Plaçidonun 14-cü filmi olub. O, aktyor kimi 130-dan çox film və serialda rol alıb. Bununla belə, Plaçido ən çox "Sprut" televiziya serialında Komissar Korrado Kattani rolu ilə tanınır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO





