Şou-biznes

Azərbaycanlı müğənninin səhhəti pisləşdi, konsertləri təxirə düşdü

19 Noyabr 2022 12:34
Baxış: 1 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) bu gün Nijni Novqorodda keçirilməsi planlaşdırılan konserti təxirə düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. O, bildirib ki, burnu axır və boğazı ağrıyır:

"Dostlar, biz uzun müzakirə etdik. Qərara gəldik ki, Nijni Novqorod və Kazandakı konsertlərimizin tarixini gələn aya dəyişək. Digər konsertlərim isə vaxtı dəyişdirilməyib".

Qeyd edək ki, konsertlə əlaqədar olaraq gecənin keçiriləcəyi idman sarayının yaxınlığında nəqliyyatın vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.