Şou-biznes

Tarantino serial çəkəcək

18 Noyabr 2022 20:14
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kinorejissor və ssenarist Kventin Tarantino 2023-cü ildə televiziyaya qayıtmaq və səkkiz seriyalı serial çəkmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, bir gün əvvəl Nyu-Yorkda baş tutan "Kino haqqında spekulyasiyalar" adlı yeni kitabının təqdimat mərasimində gələcək planlarını bölüşüb.

Rejissor süjetin təfərrüatlarını, çəkilişlərin nə vaxt və harada aparılacağı ilə bağlı məqamları açıqlamayıb.

Qeyd edək ki, Tarantino artıq 2005-ci ildə televiziyada çalışıb. O, "C.S.I.: Crime Scene Investigation" serialının iki epizodunu çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.