Şou-biznes

Erməni vizajistin əl işini “başına qaxınc” etdilər - VİDEO

18 Noyabr 2022 03:22
Baxış: 2 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məşhurlaşan erməni vizajist Qoar Avetisyanın əl işini izləyicilər "başına qaxınc" ediblər.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, qalmaqallardan başı açılmayan, tez-tez fırıldaqçılıqda ittiham olunan vizajistin uşaq evində böyüyən 15 yaşlı Daşa adlı qıza etdiyi makiyaj sosial şəbəkə əhlini qəzəbləndirib.

Üç yaşında iki yaşlı qardaşını yanğından xilas etməsi nəticəsində üzü yanan qızın makiyaj vasitəsi ilə xarici görkəmini dəyişdirməsi Qoara baha başa gəlib. 

İzləyicilər Avetisyanın sosial şəbəkə hesabında Daşanın dəyişim videosuna "Bir ton makiyajın nə faydası var? Əgər Qoar onun üçün vəsait toplasaydı və qız əməliyyat olunsaydı, bunu başa düşərdik..." kimi tənqid dolu şərhlər yazıblar. 

Vizajist tənqidlərə cavab verib:

"Mənə deyin, necə oldu ki, bu gözəllikdən yalnız bunu görə bildiniz? Allahım, bu cür mənfi rəylərə diqqət yetirməmək üçün mənə güc ver. Ümid edirəm ki, bu cür mənfi fikirlər yazanlar mühakimə etməzdən əvvəl insanlara kömək edərlər". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.