Şou-biznes

Rusiya vətəndaşlığından çıxarılan azərbaycanlı prodüserlə bağlı qərar

14 Noyabr 2022 20:27
Baxış: 1 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə Ukraynanın iyirmi ən varlı adamından biri olan azərbaycanlı milyonçu Vaqif Əliyevin qızı, keçmiş musiqi prodüseri Natella Krapivina barəsində çıxan qərarla bağlı mövqeyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, N.V.Krapivina Rusiya Daxili İşlər Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsini məhkəməyə verərək onun Ukraynadakı müharibəni tənqid etməsi səbəbindən bu ilin martında qəbul edilmiş qərara etiraz edib. O,18 yaşı olmamışdan Rusiya vətəndaşının qızı kimi pasport aldığını bildirib.

Məhkəmə onun Rusiya vətəndaşlığından məhrum olunmasını qanuni hesab edib. Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, ölkənin Daxili İşlər Nazirliyinin daha əvvəl yaydığı açıqlamada qeyd olunur ki, N.V.Krapivina və onun bacısı A.V.Əliyeva Rusiya vətəndaşları deyillər, onların pasportları ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar pozulmaqla verilmiş kimi tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.