Şou-biznes

Ələkbər Yasamallının anası DANIŞDI: "Oğlumun vəziyyəti pisdir"

11 Noyabr 2022 22:33
Baxış: 3 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Almaniyada olan meyxanaçı Ələkbər Yasamallının (Quliyev) səhhətində problem yaranıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu barədə söz xiridarının anası Bacıqız xanım Baku TV-yə müsahibəsində deyib.

Sənətçinin anası bildirib ki, Ələkbər yaxın dostu və həmkarı Rəşad Dağlının bibisi oğlu İskəndər Mehdiyevi öldürməsi xəbərindən sonra vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirilib.

"Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir. Orada xəstəxanaya aparıblar, vəziyyəti pisdir. Heç öz övladımla danışa bilmirəm. Kimdən gözləsək də, Rəşaddan gözlməzdik. O, hamımız üçün əziz adam olub", - deyə Ə.Yasamallının anası Bacıqız xanım qeyd edib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.