Şou-biznes

“Atam hələ də xəstəliyimi bilmir” - Tünzalə Əliyeva

11 Noyabr 2022 13:56
Baxış: 2 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva atasının onun xəstəliyi barədə bilmədiyini qeyd edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Bizimləsən" verilişinə müsahibəsində deyib.

Aktrisa doğmaları ilə vidalaşmaq üçün Gəncəyə yollanıb.

"Atam hələ də xəstəliyimi bilmir. 85 yaşı var, elə bilir mədəmlə əlaqəlidir. Atam mənə həmişə "böyük oğlum" deyir. "Böyük oğlu" onu qoyub, gedəcək...(Ağlayır) Mən sadəcə bu dünyada kimin mənə nə haqqı varsa, halal etsin istəyirəm. Heç kimdən pul istəyə bilmərəm, vaxtında istəmişəm, bitirmişəm o məsələni.  Mən pulu nə edəcəm? Evimi satıb dərmanları ala bilərəm, sadəcə olaraq mənə dua etsinlər", - deyə, Əliyeva bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory