Şou-biznes

"Boşanmışam, yenidən toyum olacaq"

10 Noyabr 2022 19:10
Baxış: 1 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyat yoldaşımla doğrudan da boşanmışıq. Bu, rəsmidir. Amma bir yerdə yaşayırıq. Bizim ailəmiz var".

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu sözləri aktrisa Zümrüd Qasımova "Səhər mərkəzi" proqramında deyib. Sənətçi həyat yoldaşı Nazim Zeynalovla boşanmalarından danışıb. O bildirib ki, yenidən ailə quracaq:

"14 il əvvəl ailə qurmuşam, rəsmi nikahda sual olur ki, "yoldaşının soyadını götürürsən". Mən də səhvən razılaşdım. Amma Zeynalova olmadım. Həm evli, həm də Zeynalova yazdırmalı idim. Bir dəfə yoldaşım dedi ki, soyadı götürəcəksən? Getdim, 1 aylıq soyadımı dəyişdim. Sonra dedilər ki, Qasımova olmaq üçün 8 ay vaxt lazımdır. Bütün sənədlər Qasımova soyadınadır, işim getmir. Gəldim yoldaşıma yalvardım ki, xahiş edirəm, məni boşa. Yoxsa bütün sənədlərimi dəyişməliyəm. Zəng etdi anama ki, and iç qayıdacaqsan. Boşandıq, Qasımovayam və subayam. İndi yoldaşım deyir ki, evlənək. Cavab verirəm ki, fikirləşirəm. Demişəm ki, bir şərtlə: ağ paltar geyinim, toy edək. İndi 40-50 qonağın olacağı toy edəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.