Şou-biznes

Fatimə avtomobilindən cadu tapdı - VİDEO

31 Oktyabr 2022 17:22
Baxış: 1 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi avtomobilindən cadu tapdığını deyib. Bu haqda instaqramda canlı yayımda danışan rəqqasə həmin şəxsin adını çəkmədən, ona ismarış göndərib:

"Nədir səni belə öldürən? Məndən yaxşı maşın sürən, bahalı evdə yaşayan da var. Niyə gözünə girmişəm, de. Öz zəhmətimlə, qaçhaqaçdayam. Niyə səni belə yandırmışam. Sonuncu sözüm budur: əməllərindən əl çəkməyəcksən, hobbindir. Çünki səni yaman yandırmışam. Ağıllı və Allahdan qorxan adam bilər ki, belə işlərin sonu yoxdur. cadugarlar, o dünyadan qorxun. Maşına gecə ilə şamı necə töküblər. Bunu necə bacarırsınız? Hünəri çatmır gəlib üzümə desin ki, səndən zəhləm gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.