Şou-biznes

Bahar Lətifqızı: "İkinci dəfə bu dünyaya gəlmək istəmirəm" - VİDEO

29 Oktyabr 2022 13:31
Baxış: 1 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu həyatı indi yaşayırıq, şirindir. Bu dünyaya ikinci dəfə heç vaxt gəlmək istəmərəm. Bilsəm ki, cəh-cəlal içində yaşayacağam, yenə də bu dünyanın ayrılıqlarına, ölümlərinə, haqsızlıqlarına dözə bilmərəm. Bu balaca çiyinlərimdə o yükü daşımaqdan yorulmuşam".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı qonaq olduğu "Günün sədası" verilişində deyib.  

Sənətçi həyatında rastlaşdığı ayrılıqlara və acılara görə ikinci dəfə dünyaya gəlmək istəmədiyini bildirib:  

"İkinci dəfə bu dünyaya gəlmək kimi bir məsələ olarsa, Allahıma dönə-dönə yalvararam ki, məni bu dünyaya gətirmə, istəmirəm. Nə yaşamışamsa, pis və ya yaxşı, bilmirəm səhv və ya düzgün eləmişəm, bu hadisələri mən yaşamışam. Bu mənimdir. Heç kim mənə gülməsin. Elə adamlar var ki, gəlib öyüd-nəsiyyət verir. Hələ bilmək olmaz ki, səhər orada nə olacaq və mənə nələrsə deyən insana nə olacaq. Mən gördüklərimdən zövq almıram.

Övladlarımdan, yaxşı dostlarımdan zövq alıram. Amma bu dünyanı sevmirəm. Bu həyatda ayrılıqlar çoxdur. Uşaqlar öv valideyinlərindən ayrılır. Bunlara dözmək üçün gərək vecsiz olasan. Amman mən belə ola bilmirəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.