Şou-biznes

Şəbnəm Tovuzlunun qayda pozuntusu kameraya düşdü - VİDEO

28 Oktyabr 2022 13:40
Baxış: 2 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəbnəm Tovuzlu yeni görüntüləri ilə gündəmə gəlib. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında avtomobil idarə edərkən lentə alınan videosunu paylaşıb. Görüntülərdən müğənninin maşının təhlükəsizlik kəmərini istifadə etmədiyi məlum olub.

İfaçı avtomobili idarə edərkən polis maşının yaxınlığından keçib. Tovuzlu polis əməkdaşlarına da əhəmiyyət verməyib.

Beləliklə, Şəbnəm həm qayda pozub, həm də onu avtomobilində yanında əyləşən şəxsə çəkdirərək sosial şəbəkəsində paylaşıb. Sözügedən görüntülər sosial platformalarda yayılaraq izləyicilərin qəzəbinə səbəb olub. Onlar Tovuzlunu bu hərəkətinə görə tənqid edərək qınayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.