Şou-biznes

"Kimisi TikToka daha çox üstünlük verir, kimisi instaqrama"

28 Oktyabr 2022 20:28
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə Azərbaycan Milli Konservatoriyasında işə düzələn Əməkdar artist Babək Niftəliyev tələbələrdən gileylənib.

Milli.Az olay-a istinadən yazır ki, xanəndə bu barədə "Günün sədası" verilişinə qonaq olarkən danışıb.

Sənətçi tələbələrin bir çoxunun tənbəl olduğunu vurğulayıb.

"Bugünkü gündə tələbələrin çalışmağı məni qane etmir. Çünki mən özümdən götürürəm, çox çalışqan olmuşam. Bu gün də çalışıram ki, nələrsə axtarıb, tapım. Tələbələr bir az tənbəldir. İndi həm səslərimiz zəif gəlir, həm də çalışmaq istəmirlər. Tənbəllik... Kimisi TikToka daha çox üstünlük verir, kimisi instaqrama. Mən onlara bir söz deyirəm, ya bu sənətdə ol, ya olma... Elə səslərimiz var ki, kənarda qalıb, siz bu ali məktəbə qəbul olmusunuzsa, oxuyun, əziyyət çəkin. Elə uşaqlar var ki, onların yerini tutmusuz, onlar qəbul ola bilmirlər", - deyə, Niftəliyev qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.