Şou-biznes

Zahidə Günəş brilliantlarını hansı məşhurlara KİRAYƏ VERİB? - VİDEO

27 Oktyabr 2022 13:17
Baxış: 2 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Zahidə Günəş zinət əşyalarını həmkarlarına kirayə verdiyini açıqlayıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamalın "Hansı müğənnilər zinət əşyalarınızı kirayə götürüb el şənliklərinə gedir, amma indi sizi görəndə "salam" vermir?" sualına Zahidə belə cavab verib:

"Brilliantlarım var. Arada onları istifadə edirəm. Kirayə vermirdim, sadəcə xoşları gəlirdi, mən də zinət əşyalarımı onlara verirdim. Həmkarlarım da onları verilişlərə, el şənliklərinə taxırdılar. O zamanlar mənim qədər məşhur deyildilər, amma indi çox məşhurdurlar. Zinət əşyalarımı taxan həmkarlarımın sayı üç deyil, beş deyil, çəkiləcək dərd deyil".

Qeyd edək ki, bir müddət əvvəl "Elgizlə izlə" sosial-ictimai verilişində Z.Günəş ailəsindən danışarkən bunları demişdi:

"6 uşaq idik. Böyük qardaşım rəhmətə getdi. 5 uşaq qaldıq. Anam da dünyasını dəyişdi. Bacımın oğlu  rejissordur, o, mənə dedi ki, nənə özünü pis hiss edirdi, mənə bu çantanı verdi. Demişdi ki, Zahidə sonbeşiyimdir, bunu ona verərsən. Rayonda mülkümüz var idi, onun da açarını mənə verdilər. Anamdan mənə bir çanta brilliant, bir də ev qaldı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.