Şou-biznes

Rəqsanədən saytlara hücum

20 Oktyabr 2022 15:40
Baxış: 1 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bir çox xəbər saytlarının instaqram hesabları bağlanıb.

Buna səbəb müğənni Rəqsanə İsmayılovanın kütləvi şəkildə səhifələri şikayət etməsidir. İfaçının özü də bu barədə video yayaraq hücum etdiyini təsdiqləyib.

Milli.Az xəbər verir ki, sözügedən profillər arasında olay.az saytının hesabı da var. Rəqsanə sözügedən səhifələrə hücum etdirdiyini, bunu instaqram "qaydaları" çərçivəsində həyata keçirdiyini bildirib. Hücum təkcə Rəqsanə yox, qızı Aysun İsmayılova tərəfindən də həyata keçirilib.                                 

Qeyd etmək lazımdır ki, R. İsmayılova son günlər aparıcı Sərxan Kərəmoğlunu təhqir etməsi ilə gündəmdədir.

O, Kərəmoğlu tərəfindən polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi müzakirələri daha da böyüdüb.

Sərxanın yaydığı səsdə Rəqsanənin avtoritetsayağı danışığı, eyni zamanda qanunları və dövlət qurumlarını saymadığını bildirməsi tənqidlə qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.