Şou-biznes

Tanınmış müğənnidən 24 yaş kiçik sevgilisinə evlilik təklifi

18 Oktyabr 2022 19:56
Baxış: 1 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli tanınmış müğənni Özcan Dənizin sevgilisi Samar Dadgar kameralara yaxalanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun barmağındakı təkqaş üzüyü diqqət çəkib.

Özcan Dənizin özündən 24 yaş kiçik sevgilisi iranlı dizayner Samara evlilik təklifi etdiyi bildirilir.

Kameraları görən Dadgar müxbirlərin verdiyi suallara məhəl qoymayıb. O, özünü telefonla danışırmış kimi göstərərək yoluna davam edib.

Qeyd edək ki, Özcan Dəniz 2018-ci ildə Feyza Aktan ilə ailə həyatı qurub. Onlar 2019-cu ildə mübahisəli şəkildə boşanıb. İkilinin Kuzey adlı bir oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.