Şou-biznes

Oğlu ilə şəkil çəkdirən Röya qısa geyiminə görə tənqid edildi - FOTO

17 Oktyabr 2022 18:36
Baxış: 3 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan sosial şəbəkədə yeni paylaşım edib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, sənətçi instaqram hesabında oğlu Hüseynlə lentə alınan yeni fotolarını izləyicilərilə bölüşüb. Şəkillərdə sənətçinin evində çalışan işçiləri də yer alıblar.

Röya fotolara "Məndən çox onu əzizi kimi sevən evimin zəhmətkeş xanımları və bəylərini sizinlə tanış edim. Biz hər gün böyüyən ailəyik. Sizi sevirəm, siz də Hüseyni sevin, bəsimdir" sözlərini əlavə edib.

Fotolarda Hüseyn geyimi ilə diqqət çəkib. O, Yaxın Şərq ölkələrində istifadə olunan kişi geyimində olub. Röyanın paylaşımı instaqram izləyiciləri tərəfindən maraqla qarşılanıb. Onun oğlu ilə olan fotolarına minlərlə bəyənmə gəlib, çoxsaylı şərhlər yazılıb.

Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Çingiz Cəlilovun oğlu Anar Cəlilovla ailə həyatı qurub. Onların bu evlilikdən Hüseyn adlı övladları dünyaya gəlib. Anarla Röya 2014-cü ildə həyat yollarını ayırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.