Şou-biznes

Rəşad Dağlının oğlunun toyunda pul mübahisəsi

17 Oktyabr 2022 09:55
Baxış: 3 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlının oğlu Yusifin kiçik toyuna həmkarları da qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı Orxan Lökbatanlı toya pul yazdırmaması ilə gündəmə gəlib. Bu haqda "Həmin Zaur" proqramında danışılıb. 

Aparıcı Zaur Kamalın "Rəşad Dağlının oğlunun kiçik toyundan iştirak edib, yeyib-içmisən, amma yadından çıxıb pul salmayıb məclisi tərk etmisən" sözlərinə meyxanaçı belə reaksiya verib:

"Toyda bir əmi kimi heç bir dəqiqə belə oturmamışam. Yeməyi də ayaq üstə, gəzə-gəzə yemişəm. O ki qaldı, toya pul salmamağıma, 3-dən 5-dən salmışam. İnanmırsansa, zəng vur Rəşadın özündən soruş. Elə şey olar ki, toya gəlim, pul salmayım?".

Z.Kamal O.Lökbatanlının sözlərinə inanmadığı və onun həqiqətən də toya pul salmadığını bildirərək, yalan danışdığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.