Şou-biznes

Azərbaycanlı müğənnini İstanbulda vəhşicəsinə döydülər - VİDEO - FOTO

11 Oktyabr 2022 15:52
Baxış: 5 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsü tərəfindən döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Beyoğlunda qeydə alınıb.

İnsident Nərgiz Bağıyeva işdən evə qayıdarkən baş verib. Belə ki, taksi sürücüsü müğənninin avtomobilini ötmək istəyib. Nəticədə onun idarə etdiyi avtomobil azərbaycanlı müğənninin maşınına çırpılıb.

Nərgiz Bağıyeva taksini saxlatmağa çalışıb, daha sonra isə sürücünün hücumuna məruz qalıb. Taksi sürücüsü Nərgiz Bağıyevanın başını yolun kənarındakı metal baryerə vurub. Ağır kəllə-beyin travması alan müğənninin burnu qırılıb.

Nərgiz Bağıyeva hadisə ilə bağlı polisə müraciət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.