Şou-biznes

“Belə getsə, Moskvada ancaq xanımlar qalacaq”

30 Sentyabr 2022 20:36
Baxış: 2 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nigar Camal azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiyadan qaçması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Nigar feysbukda paylaşım edib.

"Belə getsə, Moskvada sadəcə xanımlar qalacaq", - deyə, sənətçi qeyd edib.

İfaçı, həmçinin, "quyruğu sıxışan kimi Azərbaycana qayıdır, hansı ki, müharibə zamanı heç bir dəstək göstərməyib" şərhinə də "sizinlə eyni fikirdəyəm", - deyə, əlavə edib.

Xatırladaq ki, bu gün Hüseynin Rusiyada qismən səfərbərlik elan olunmasının ardından Azərbaycana qaçdığı ilə bağlı xəbərlər yayılıb. Daha sonra bloger instaqramda paylaşım edərək işləri ilə bağlı ölkə xaricinə çıxdığını, lakin tezliklə Rusiyaya geri dönəcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.