Şou-biznes

Dillərə dastan olan filmin qəhrəmanları illər sonra bir arada - Türkan Şoray və ... - FOTO

27 Sentyabr 2022 03:22
Baxış: 1 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milyonlarla insanın sevə-sevə izlədiyi "Selvi boylum, Al yazmalım" filmində birlikdə rol almış Türkan Şorayla Əhməd Məkin illər sonra Kitab Günləri festivalı çərçivəsində yenidən bir araya gəliblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Asya və Cəmşid sevgisinə həyat verən, "sevgi əməkdir" sözləri ilə insanlara həyat dərsi verən bu iki ustad sənətkar festivala fəxri qonaq kimi dəvət alıblar.

Onlar birlikdə festivalın açılışını edib, qırmızı lenti kəsiblər. Türkan Şoray festival iştirakçıları qarşısında çıxış edərək "Kitab hər zaman həyatımın bir parçası olub, onlarla dostluq etmişəm, bu dostluğumuz davam edəcək. Kaş vaxtım ola bir həftə sizinlə birlikdə ola biləm" deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.