Şou-biznes

Stallone sərvətinin bir hissəsini itirə bilər

24 Sentyabr 2022 16:07
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Silvestr Stallone model Cennifer Flavindən boşanması nəticəsində sərvətinin bir hissəsini itirə bilər.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.  Bildirilib ki, buna səbəb iki şəxs arasında nikah müqaviləsi bağlanmayıb. 

Ər-arvadın barışması ilə bağlı söz-söhbətlərə baxmayaraq, Silvestr Stallone və Cennifer Flavinin boşanma prosesi davam edir. Qeyd olunur ki, aktyor və model məsələnin maliyyə tərəfini təkbətək müzakirə etmək üçün məhkəmə prosesini dayandırmaq qərarına gəliblər. 

Qeyd edək ki, bu il avqustun sonunda mediada Cennifer Flavinin 25 illik rəsmi nikahdan sonra Sylvester Stallone ilə boşanmaq üçün ərizə verməsi, aktyoru ailə büdcəsini israf etməkdə ittiham etməsi barədə məlumatlar yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.