Şou-biznes

Acun Azərbaycan xalqına başsağlığı verdi

14 Sentyabr 2022 18:36
Baxış: 1 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur iş adamı və "TV8" telekanalının rəhbəri Acun Ilıcalı Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Ilıcalı sosial şəbəkə hesabında Azərbaycanla Türkiyənin yan-yana olan bayraqlarının fotosunu yayımlayaraq, şəhidlərimizi anıb, ailələrinə isə başsağlığı ünvanlayıb.

"Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm" - Acun paylaşımına şərh yazıb.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.