Şou-biznes

"Psixoloqlar boş adamları qaza gətirir"

13 Sentyabr 2022 02:44
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni dəbə düşmüş mentorlar, "life-kouç"lar, psixoloqlar olduqca boş adamları "Sən möhtəşəmsən! Özünə inan! Səndə alınacaq! Sən bacararsan! Ürəkli ol!" deyib, qaza gətirir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi son günlər aktiv olan həyat koçları, psixoloqları tənqid edib:

"İnsanların içini doldurun öncə: Elm, təhsil, mənəviyyat, tərbiyə və sair. Dəyərlərdən yoxsul, amma şöhrətli "kukla"lar, məşhur sifətlər bu ölkədə bir vaqondur. Doğru yol göstərin. Adamlar bir az əziyyət çəksin, çox işləsinlər, öyrənsinlər, yetişsinlər, özlərini yaratsınlar, mahiyyət qazansınlar.

Bunu oxuyan, əziz, gənc dostlarım, məqsədiniz özgüvənli, məşhur və varlı olmaqdırsa, bunlar rəqabət stresi, itirmək qorxusu və məyusluq gətirir. Ən doğru məqsəd faydalı, gərəkli və lazımlı ola bilməkdir. Düşünün".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.