Şou-biznes

"Azərbaycanlı müğənninin konserti razılaşdırılıb" - çeçen nazir - FOTO

30 Avqust 2022 21:48
Baxış: 1 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Azərbaycan əsilli rusiyalı müğənni Coninin (Jony-Cahid Hüseynli) Qroznıda keçiriləcək konsertinin əleyhdarlarına cavab verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, çeçen nazir sosial şəbəkələrdə azərbaycan əsilli müğənninin konsertinin əleyhinə təbliğat aparanları görüşə dəvət edib. O, müvafiq videomüraciəti Telegram kanalında yayımlayıb.

"Biz bütün internet qəhrəmanlarını sabah saat 13:00-da Daqun Omayev adına şadlıq evinin qarşısındakı meydanda gözləyirik", - deyə Dudayev yazıb.

Dudayev çeçen dilində videomüraciətində qeyd edib ki, Coni konserti Çeçenistan Mədəniyyət Nazirliyi ilə razılaşdırılıb, müğənninin repertuarı, sözləri və görünüşü razılaşdırılıb.

"Respublikamıza bir çox tanınmış sima gəlir, bir gün əvvəl milliyyətcə azərbaycanlı, eyni zamanda müsəlman olan müğənni Coninin Qroznıda konsert verəcəyi xəbəri yayılmışdı. O, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində konsertləri ilə çıxış edir. Bununla belə, internetdə bəzi "yalançı imamlar" onun respublikamıza səfərinin böyük biabırçılıq olduğunu və buna imkan verilməyəcəyini yazır. İfaçı Coninin konserti Çeçenistanın Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılıb", - deyə nazir əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.