Şou-biznes

Gülşənin həbsxanadan çıxma anının görüntüləri yayıldı - VİDEO

29 Avqust 2022 17:22
Baxış: 2 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, məhkəmə türkiyəli müğənni Gülşəni ev dustaqlığına buraxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənninin həbsxanadan çıxma anının görüntüləri yayılıb.

Kadrlarda Gülşənin cəza evindən çıxaraq avtomobilə əyləşərək ərazidən uzaqlaşdığı görünür.

Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Onun həbsi ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər arasında narazılığa səbəb olub. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.