Şou-biznes

Əfsanəvi musiqi qrupu 31 ildən sonra konsert verdi: 90-cı illərə səyahət

27 Avqust 2022 17:20
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi musiqi qrupu İzel-Çelik-Ercan 31 ildən sonra möhtəşəm konsertlə səhnəyə qayıdıb. Qrup Paraf Kuruçeşme Açıq Hava səhnəsində konsert proqramı ilə çıxış edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 3 gün dalbadal səhnə almağa hazırlaşan İzel-Çelik-Ercan mətbuat mənsubları ilə bir araya gəlib. 31 ildən sonra birlikdə səhnədə olmağın həyəcanını yaşayan qrup üzvləri hisslərini media mənsubları ilə bölüşüb.

"Demək istədiklərimizi əvvəlcədən öyrənib hazırlaşdıq, amma indi həyəcandan hər şeyi unutduq", - deyə Çelik qeyd edib.

"Həqiqətən çox həyəcanlıyıq. 30 ildən sonra bu xoş reaksiyalara qarşılıq verə bilmək üçün çabalayırıq. Yaşadığımız duyğuları ifadə edə bilmirik. İllərdir birlikdə səhnədə çıxmamışdıq, bu gecə birinci olacaq", - deyə Ercan sevincini dilə gətirib.

"Həyatımızda ilk dəfə səhnəyə çıxacaqmış kimi həyəcanlıyıq. Mən sizi çox sevirəm", - deyə İzel həyəcanını ifadə edib.

Konsertə unudulmaz "Özledim", "İşte yine" və "Dönməlisin" mahnıları ilə başlayan İzel-Çelik-Ercanı qonaqlar bir ağızdan müşayiət ediblər. Fenomen qrup öz mahnıları ilə yanaşı təklikdə çıxardıqları mahnı və bəstələrini də ifa edib. Konserti izləyənlər 90-cı illərə səyahət ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory