Şou-biznes

Xuraman Əlizadə: "Anamla heç vaxt qucaqlaşıb, öpüşməmişəm"

24 Avqust 2022 23:57
Baxış: 1 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Anamla indiyə kimi öpüşməmişəm. Heç zaman... Biz bir-birimizi sevirik, lakin öpmürük (ağlayır)".

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri aktrisa Xuraman Əlizadə qonaq olduğu "Onun sirri" verilişində deyib.

"Bir-birimizi qucalayıb, öpməmişik. Kənardan baxıb deyirəm ki, filankəs sən ananla belə qucaqlaşıb, öpüşürsən. Qarşı tərəf isə "Hə" cavabını verir. Mən isə onun bu sözlərinə Anamla qucaqlaşıb, öpüşmürəm. Bizim bir-birimizə olan sevgimiz sanki platonikdir cavabını verdim.

İndi mən uşağımı daha çox qucaqlayıb, öpürəm. Onunla dostam. Görmədiyim nəvazişi uşağıma göstərirəm. Onu hər yerə aparıram. Övladımla uşaq dilində yox, böyük kimi danışıram".

Qeyd edək ki, X.Əlizadə özündən 5 yaş kiçik Murad Xankişiyev adlı şəxslə ailəlidir. Cütlüyün 6 yaşında bir oğlan övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.