Şou-biznes

"Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz" - Həmidə Ömərova

18 Avqust 2022 09:15
0 Şərh     Baxış: 2 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarıdır təkcə işim deyildi, həm də anam idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova "O üz" proqramında deyib. Sənətçi anasının onun ərə getməsinə mane olduğunu bildirib:

"Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğlu üçün istəyirdi. Qonşu otaqda idim. Oradan anam mənim haqda dedi ki, "Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz". Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.