Şou-biznes

"Mənim tərbiyəm deyil, özləri belədir"

7 Avqust 2022 13:32
1 Şərh     Baxış: 2 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar incəsənət xadimi Ayaz Salayev "Onun sirri" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, proqramda övladlarından danışıb. A.Salayev uşaqlarına qadağa qoymadığını deyib:

"Dörd övladım var, ilk evliliyimdən 1 qız, 1 oğlan, ikincidən isə 2 qız. Mənə elə gəlir ki, pis ata deyiləm. Övladlarıma qadağa qoymuram. Demokratik, eyni zamanda mənəviyyat. Boş buraxmıram, həm də evə bağlamıram. Buna tərbiyə deməzdim. Bizim münasibətlərdə əsas məsələ mənəviyyatdır. Övladlarım bir şey etməzdən əvvəl həmişə soruşurlar, icazə alırlar. Mənim tərbiyəm deyil, özləri belədir".

Qeyd edək ki, A.Salayev "Azərbaycanfilm" kinostudiyasının baş redaktorudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.