Şou-biznes

Brejneva ilə Meladze boşandı

26 İyul 2022 15:40
1 Şərh     Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə jurnalist Alyona Juja məlumat yayıb. O, cütlüyün 7 illik evliliklərini sonlandırdığını iddia edib.

Bildirilib ki, Brejneva və Meladzenin münasibətlərində problem artıq bir neçə aydır ki, davam edirmiş. Alyona cütlüyə yaxın olan insanların məlumatı təsdiqlədiyini deyib. Bundan başqa, Brejnevanın sosial media hesabından Meladze ilə olan fotolarını silməsi də diqqət çəkib.

Lakin ikili məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd olunur ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.