"Qərara almışam ki, 50 yaşından sonra oxumayacağam, toylara getməyəcəyəm. O vaxt yalnız özümə lazımam".
Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Niyam Salami "Şourum" maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, əlli yaşından sonra səhnə ilə vidalaşacaq.
"İstəyirəm ki, ifalarım radiolarda səslənsin, televiziyaya çıxım, bir də tamaşaçılar məni öz məkanımda görsünlər. Yəni bu qədər. Hər şey bitdi. Oxuyanda səsim çox yorulur. Səhər-səhər duranda özümlə danışıram. Mən qurucu və yaradıcı insanam. Bu səviyyəyə özüm çatmışam", deyə N.Salami bildirib.
Milli.Az