Şou-biznes

"Ailələr də buna görə dağılır" - Namiq Qaraçuxurlu

25 İyul 2022 12:24
2 Şərh     Baxış: 3 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Namiq Qaraçuxurlu izləyicilərinə video müraciət ünvanlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Xəzər dənizində yaxtada klip çəkdirən ifaçının olub olmamasını soruşub. Namiq ona gələn cavablardan məyus olduğunu vurğulayıb:

"İstəyirdim işim asanlaşsın, əksinə çətinləşdi. 30 saniyəlik videomüraciətimdə demişəm Azərbaycanda çəkilən klipləri yazın. Yazılanların əksəriyyəti xaricdə çəkilənlərdir. Bizim bir-birimizi başa düşməmək məsələmiz var. Qarşımdakı nə deyir fərq etməz, əsas mən deyim. Bu, cəmiyyətimizdə böyük problemdir. Hətta ailələr də buna görə dağılır: kişi-qadın bir-birini başa düşmür. Hərə öz fikrini deyir... İctimai nəqliyyatda da insanların əlbəyaxa olduğunu görürük. Bu, məni təəssüfləndirdi və işimi artırdı. 

Bu klipi çəkəndə buna görə icazə almaq çox çətindir. Bir çox ulduzlar icazə istəyib, amma imtina cavabı alıblar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.