Şou-biznes

Puqaçovanın Rusiyaya qaytarılmasını istəyənə belə cavab verdi - FOTO

22 İyul 2022 16:15
1 Şərh     Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı şoumen Maksim Qalkin Amerikada baş tutacaq turlarını elan etdikdən sonra yenidən izləyicilərin tənqid atəşinə tuş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə instaqram hesabında yazan şoumen ünvanına gələn bəzi şərhləri paylaşıb.

İzləyicilərdən biri "Maksim, istədiyiniz yerdə və istədiyiniz kimi çıxış edin, amma xahiş edirəm, Allanı (red. M.Qalkinin həyat yoldaşı Rusiyanın Xalq artisti Alla Puqaçova) Rusiyaya qaytarın. Ona sakit bir həyat vəd etmişdin, bəs indi necə? Əminəm ki, Anna övladları ilə birgə evinə qayıtmaq istəyir" deyə, Maksimə müraciət ünvanlayıb.

Şoumen isə cavabında "Allanı qaytarın" nə deməkdir? O, dolabdır ki?" sözlərini yazaraq gülüş emojisi qoyub.

Qeyd edək ki, şoumen Rusiya hakimiyyətinin Ukraynadakı hərəkətlərini açıq şəkildə tənqid etməsindən sonra bir çox problemlə üzləşməli olub. O, həyat yoldaşı ilə birgə artıq fevralın sonundan Rusiyanı tərk edərək İsrailə gedib. Puqaçova bir müddət əvvəl sentyabrda qayıdacağını açıqlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.