Müğənni Rəqsanə İsmayılova ilk dəfə oğlu Muhammedin üzünü göstərib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında övladının videosunu paylaşıb.
Görüntülərdə Rəqsanə Muhammedin bacısı Aysun İsmayılovanın "TikTok" sosial şəbəkə platformasına açdığı canlı yayımını göstərdiyi kadrları əks olunub.
Xatırladaq ki, R.İsmayılova iyulun 25-də oğlu Muhammedin kiçik toyuna media nümayəndələrinin çəkiliş aparmasına icazə verməyəcək. Bununla bərabər o, məclisdə "dress code" tələbi də irəli sürüb.
Belə ki, qonaqlardan yalnız ağ, mavi və qızılı rəngdə geyinmələri tələb olunub.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı dörd övladı var.
Milli.Az