Şou-biznes

Röya Aygün Kazımovanın qızı ilə bağlı paylaşımına bunları yazdı

20 İyul 2022 12:15
1 Şərh     Baxış: 8 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova ötən həftəsonu dənizkənarı məkanlardan birində çıxış edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Kazımova övladını həmin gün tək qoymayıb. İfaçı gecədən övladı ilə olan fotosunu yayımlayaraq "Qızım, uğurların bol olsun. Atdığın hər addımında, hər bir seçimində yanındayam, arxandayam. Sənə dəstəyəm, mənim ürəyim" sözlərini yazıb. 

Onun paylaşımına Xalq artistiRöya Ayxanın yazdığı şərh diqqət çəkib. Belə ki, Röya Kazımovanın və qızının fotosuna "Maşallah. Bəli, övladlarımız hansı sənəti seçərsə, biz hər zaman onları dəstəkləməliyik. Aygün Kazımova, təşəkkürlər nümunə üçün" sözlərini yazıb. 

Aygün isə onun şərhinə ürək işarəsi ilə cavab verib.  

Qeyd edək ki, Kazımova ilə R.Ayxan bir vaxtlar qalmaqal yaşamış və küsmüşdü. Sonradan ifaçıların barışdığı deyilsə də, bir neçə dəfə bir-biri ilə bağlı paylaşımlar etsələr də, onlar heç vaxt bir arada görüntülənməyiblər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.