Şou-biznes

Məşhur reperdən 7,1 milyon tələb olunur

19 İyul 2022 20:22
0 Şərh     Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest prodüser şirkəti tərəfindən məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Los-Ancelesdə yerləşən "Phantom labs" şirkəti müğənninin şöhrətindən və reputasiyasından yararlanaraq aralarındakı işbirliyindən istifadə etdiyini iddia edib. Belə ki, "Ye"ni onlara pul ödəməməkdə ittiham ediblər. Bu səbəbdən şirkət reperdən 7,1 milyon dollar təzminat tələb edir.

İddia olunur ki, şirkət ifaçının 2021-ci ilin dekabrında həmkarı Dreyklə çıxışı zamanı səhnəni onlar qurub. Bundan başqa, "Donda 2" albomu və ləğv edilmiş "2022 Coachella" üzərində əməkdaşlıq ediblər. Lakin, "Ye" çoxsaylı tələblərə baxmayaraq onlara ödəniş etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.