Şou-biznes

Meyxanaçı Samirənin sualı həmkarını özündən çıxardı: "Kamaz surücüsüyəm" - VİDEO

15 İyul 2022 19:37
0 Şərh     Baxış: 1 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "7 canlı" axşam şousunda qalmaqallı olay yaşanıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, verilişdə qonaq olan meyxanaçı Samirə Yusifqızı ilə müğənni-meyxanaçı Elmar Qədimovun sözləri çəp gəlib.

S.Yusifqızının, "Elmar, siz müğənnisiniz, yoxsa meyxanaçı?" sualına həmkarı sərt cavab verib: "Kamaz sürücüsü".

"Bu saat bir çox meyxanaçılar mahnı oxuyur, özləri nəğmələrə söz yazırlar. Sizə hörmətsizlik etmədim və nəsə demədim. Tanımıram, bu səbəbdən sual verdim", - deyə S.Yusifqızı cavabdan narahat olduğunu dilə gətirib.

Qarşı tərəf isə xanım sənətçiyə qarşılıq verib: "Sizə xanım kimi hörmətim var. Sözlərinizdən elə çıxdı ki, mən bu sənətə dünən gəlmişəm. Axı elə deyil. İllərdir ki, bu sənətdəyəm. Mənim çoxlu sevənlərim var".

Samirə isə Elmarın sözünü kəsərək, "Səni camaat sevirsə, birinci incəsənət aləmi tanımalıdır. Sözlərinizə diqqət yetirin. Özünüzü ələ alın" deyə vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.