Şou-biznes

“Səidə o sözləri mənə deməz”

5 İyul 2022 16:00
3 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu həmkarı Səidə Sultanın açıqlamalarına cavab verib. 

Milli.Az xəbər verir ki, bu barədə sənətçi OLAY-a danışıb. O bildirib ki, əxlaqla bağlı sözlərini Səidə haqqında səsləndirməyib:

"Mən tək Səidəni nəzərdə tutmurdum. O, həmin fikirləri mənim haqqımda səsləndirməz. Söhbət bizim bəzi estrada müğənnilərinin oxuduğumuz mahnıları bəyənməməsindən gedirdi. Başqalarını nəzərdə tutmuşam.

Bəzi estrada ifaçıları var ki, bizim mahnılarımız haqda nəsə deyirlər. Mən də söylədim ki, geyimləri, açıq-saçıqlıqla sənəti ölçürlərsə, onda ən qapalı, tərbiyəli, mədəni geyinən xanım mənəm. Özümlə bu cür öyünüm. Mən verilişdəki açıqlamamdan sonra Səidə ilə danışmışam. Fikrimcə, o, həmin sözləri mənə deməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.