Şou-biznes

Özcan Dəniz: “Pul xatirinə övladımı əlimdən almağa çalışırlar”

4 İyul 2022 09:30
0 Şərh     Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özcan Dəniz 15 il sonra İstanbul Harbiye Açıq Hava Teatrında konsert verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, oğlu Kuzeyi səhnədə qucağına alaraq maraqlı açıqlamalar verib.

"Mənim 10, 15, 20 ilim qala, ya yox. Övladımla keçirəcəyim sayılı günlərim var və bunu heç kəsə qurban vermək istəmirəm. Uşağımı əlimdən almağa çalışırlar. Şöhrət və pul naminə! Bunun üzərində menecerlər, mətbuat məsləhətçiləri çalışır. Oğlumu bu məngənədən necə xilas edə bilərəm? İki ildir ki, nə gecəm var, nə gündüzüm", - deyə ifaçı bildirib.

Müğənninin özündən 22 yaş kiçik iranlı model sevgilisi Samar Dadgar da məşhuru konsert zamanı tək qoymayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.