Şou-biznes

Kameron Diaz “təqaüddən qayıtdı”

1 İyul 2022 19:52
0 Şərh     Baxış: 757
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hollivud ulduzu Kameron Diaz "təqaüddən qayıdıb".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Diaz 2018-ci ildə Hollivuddan getdiyini rəsmən təsdiqləyib. Amma indi o, "Netflix"in yeni filmi olan "Back in Action"da rol almağa hazırlaşır. Diaz baş rolu Ceymi Foksla paylaşacaq.

Onlar 2014-cü ildə Diazın son bədii filmi "Annie"də birgə rol alıblar.

"Ceymi Foks, yalnız sən məni yoluma qaytara bilərsən. Səbirsizliklə gözləyirəm, bu, çox gözəl olacaq!" - deyə aktrisa sosial şəbəkə hesabında paylaşıb.

"Netflix" filmin nümayiş tarixini açıqlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.