"Hər il dəvət edirlər ki, “gəlin sizi aparaq Bodruma”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənim üçün istirahət ailəmdəki hüzur, uşaqlarımın, nəvələrimin salamat olması, onların xoş güzəranıdır. Mən bu güzərana kənardan da baxsam, içində də olsam onları xoşbəxt görməyim mənim üçün ən gözəl istirahətdir. O ki, qaldı hardasa istirahət etməyə... Bacım qızı Türkiyədə yaşayır, ailəlidir. Hər il məni dəvət edirlər ki, "gəlin sizi aparaq Bodruma, Antalyaya". Deyirəm ki, vallah, istəmirəm, xoşlamıram. Mən evdə olmağı sevirəm. Xüsusilə də yeni evə köçmüşük, evdə təmir işləri gedir. Hər dəfə təmir bitəndə sevinirəm, istirahət edirəm (gülür). Yay tətilində harasa istirahətə getməyim böyük sual altındadır".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Nisə Qasımova deyib. O daha sonra "Sizin üçün sənətin zirvəsi varmı?" sualına belə cavab verib.
"Mənim yadıma gəlmir ki, özümə hər-hansısa ad qoyum, "mən sənətkaram" deyim. Əvvəla bu sözdən utanıram, çünki insana bu adı, "sənətkarsan" sözünü tamaşaçılar, dinləyicilər deməlidir. Çünki ömür boyu bizə tamaşaçılar qiymət verib, alqışlayıb, yüksəklərə qaldırıb. Biz tamaşaçıların sayəsində məsuliyyətli olmuşuq. Özümə sənətkar deməyim mənə qəribə gəlir. Mən müğənniyəm, Allah mənə bu səsi, qabiliyyəti bəxş edib, sağlamlıq verib, bu mənə kifayətdir. Mən indiki özünə sənətkar deyən, özündən razı olan müğənnilərin meyarları ilə yaşamamışam, yaşamıram da. Fikirləşirəm ki, mənim mövqeyim düzgündür, sağlamdır. Mən hər hansı zirvə haqqında düşünmürəm, əgər zirvə axtarırsınızsa adım, soyadım kifayətdir. Məni elan edəndə ki, "Çıxış edir, Nisə xanım Qasımova" bu mənim üçün hər şeydir. Tamaşaçıların gözündə sən müəyyən bir zirvədə, pillədə olursan. "Mən zirvədəyəm", "mən yüksəklərdəyəm" deyə bilmərik, bu absurd məsələdir. Sənət adamı hər zaman sənəti haqda düşünməlidir, zirvə haqqında yox. Zirvə bir dənə olur, o Allaha məxsusdur. Biz bəndələrik, macizanə qullarıq. Mənim üçün insanlıq, həyatdakı mövqeyimi, sənətdəki janrımı, xanımlığımı itirməmək, səviyyəmi aşağı düşməyə qoymamaq daha maraqlıdır nəinki zirvələrdə olmaq" deyə sənətkar bildirib.
Sevilən sənətkar yeni mahnılarını təqdim edə bilməməyinin səbəblərini də bizə açıqlayıb.
"Bir müddət bundan əvvəl mən söz vermişdim ki, efirlərdə yeni mahnılarımla tamaşaçıların görüşünə gələcəyəm. Müəyyən səbəblərdən bu alınmadı. Bəzi aranjmançılar müğənnilərlə haqsız, yersiz mübahisəyə girəndə o iş alınmır. Mən elə bir müğənniyəm ki, bəyəndiyim, istədiyim mahnını, onun quruluşunu, mahiyyətini özüm daha yaxşı bilirəm, nəinki aranjmançı. Düşünürəm ki, həmin mahnının bütün ahəngini, mənzərəsini özüm daha yaxşı izah edərəm, istədiyim aranjmanı arajmançıdan ala bilərəm. Onun üçün də hələ bir az gözləyirəm. Çünki bəzi aranjmançılara mahnı təklif etmişəm, aranjmanları xoşuma gəlməyib. Biri deyir ki, "siz bilmirsiniz, indi bu şeylər dəbdə deyil, indi filan mahnıları oxuyurlar, filan mahnılar dəbdədir". Mənə belə gəlir ki, nəyinsə xətrinə, necə gəldi mahnı oxumaq olmaz. Ona görə hələ ki, yeni mahnılarım yoxdur. Planda, nəzərdə var, amma aranjmanları hələ ki, ərsəyə gəlməyib", - deyə sənətkar bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?





