Şou-biznes

Həyat yoldaşını qətlə yetirən yazar ömürlük həbs olundu

14 İyun 2022 20:30
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhkəmə Amerikada "Ərimi necə öldürüm" və "Səhv ər" kitabının yazarı Nensi Krempton Brofi barəsində qərarı açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həyat yoldaşı Deniel Brofini öldürdüyü təsdiqlənən yazar barəsində ömürlük həbs qərarı qəbul olunub. Amma onun 25 ildən sonra şərti azadlığa çıxmaq hüququ əlindən alınmayıb. Müvafiq qərarı ABŞ-ın Oreqon ştatının məhkəməsi verib.

Qeyd edək ki, 2018-ci ildən həbsxanada olan Nensi cinayətin işləndiyi silahı romanlarındakı gerçəkliyi artırmaq üçün aldığını və kitabın yazılmasına vasitə olduğunu söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.