Şou-biznes

"Evdə günorta da, axşam da ət bişməlidir" - VİDEO

8 İyun 2022 17:22
8 Şərh     Baxış: 2 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Xuraman Əlizadə olub.

Milli.Az xəbər verir ki, aktrisa çəkisindən məmnun olduğundan və dadlı yeməklər sevdiyindən danışıb:

"İnsanlar elə bilir ki, mən ancaq gülürəm və yeyirəm, başqa heç bir işim yoxdur. Hətta sual verirlər ki, siz ev işi də görürsünüz? Deyirəm vallah özüm edirəm. Arıqlamaq üçün insanlar mədə kiçiltmə əməliyyatı edirlər, dietoloqlara gedirlər. Mən bunu edə bilmirəm, çünki iradəm yoxdur. Bu səbəbdən də arıqlaya bilmirəm. Yeməyi sevirəm, xüsusilə də ət xörəklərini. Evdə günorta da, axşam da ət bişməlidir. Sosial şəbəkələrdə mənim haqqımda paylaşımlarda köklüyümlə bağlı məni çox təhqir edirlər. Özüm kompleks etmirəm. İçimdə elə bil 20 yaşlı qız var. Mənə söyüş yazanlara demək istəyirəm ki, məndən əl çəkin. Belə qəbul edirsinizsə, edin. Etmirsinizsə canınız sağ olsun".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.