Şou-biznes

Ratakovski geyiminə görə gülüş hədəfinə çevrildi - FOTO

4 İyun 2022 09:15
0 Şərh     Baxış: 1 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı supermodel və iş qadını Emili Ratakovski gülünc geyiminə görə internetdə məsxərəyə qoyulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, paparasilər 30 yaşlı məşhuru Nyu-York küçələrində yasəmən rəngli uzun ətəkdə və çəhrayı-narıncı rəngli krop-topda çəkiblər. Onun görünüşünü idman ayaqqabısı tamamlayıb.

Qeyd olunur ki, model bu geyimdə Manhettendə yerləşən ofisində işgüzar görüşə gedib.

Pərəstişkarları Ratakovskinin görünüşündən heyrətlənib və onu ələ salıblar.

"Qəribə geyim", "Diqqəti daha necə cəlb edəcəyini bilmir, buna görə də radikal yola əl atır", "Son vaxtlar onu Culiya Foksdan ayırmaq çətindir", "O, normal stilist tutmalıdır", - deyə istifadəçilər irad bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.