Müğənni Gülay Zeynallı instaqramda paylaşımı ilə diqqət çəkib.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi səhifəsində Türkiyə gündəmini zəbt edən Bülent Ersoyun atasının məzarı başında videosunu paylaşaraq onun söylədiyi ifadələrə şərh verib.
O, Bülentin "mən standart məzara sığmaram"- cümləsinə "Hamımızın sonu bu torpaqdır. Çalışaq, insan kimi düzgün, Allah qorxusu ilə yaşayaq. Mən çox haqsızlıq, hətta doğmalarımdan yalan və oğurluq gördüm. O insanları Allaha həvalə etdim",- yazaraq reaksiya verib.
Milli.Az