Şou-biznes

İlahə Fəda atasından danışdı - Xəstələnən kimi ikinci arvadı və uşaqları onu tərk etdi - VİDEO

24 May 2022 16:45
1 Şərh     Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni İlahə Fəda olub.

Milli.Az xəbər verir ki, müğənni atası haqqında danışıb:

"Atam xəstəxanada olanda 2 ay onun yanında qaldım. Daha sonra 2 ilə qədər ona evində qulluq etdim. Atam xəstələnən kimi ikinci arvadı və uşaqları çıxıb getdilər. Evimi satıb atama kömək etdim. Dərmanlarını bacım Fədayə tapıb gətirirdi. Yanında qalıb qulluq etdim, əlimlə yedizdirib özüm çimizdirirdim. Bəlkə bizi atdığına görə utanırdı, amma mən başına vuracaq hərəkət etmirdim. Hər kəsin dünyaya gələndə vəzifəsi olur. Atam mənə qarşı atalıq vəzifəsini yerinə yetirə bilmədi. Ancaq ondan fərqli olaraq mən övladlıq vəzifəmi yerinə yetirdim".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.